Gürcüstanda ötən sutkada daha 486 nəfərə koronavirus diaqnozu qoyulub, 13 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 266 948-ə, ölənlərin sayı isə 3 390 nəfərə çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 499 nəfər artaraq 259 727-yə yüksəlib.