Gürcüstanda daha 15 nəfər COVID-19-a yoluxdu

  • 2020.08.31 10:34
  • 2287 Baxış
Gürcüstanda daha 15 nəfər COVID-19-a yoluxdu

Gürcüstanda son sutkada daha 18 nəfərə koronavirus diaqnozu qoyulub, 19 pasiyent isə sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 1 487-yə, sağalanların sayı isə 1 240-a çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 5 524, stasionar nəzarətdə isə 221 nəfər saxlanılır.