Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcüstanda daha 1673 nəfər koronavirusa yoluxdu

  • 2020.10.31 11:04
  • 1440 Baxış
Gürcüstanda daha 1673 nəfər koronavirusa yoluxdu


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1673 yoluxma halı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 38 936 nəfərə çatıb.

Virusa yoluxanlardan 22 691 nəfərin sağaldığı bildirilir.