Gürcüstanda daha 314 nəfərdə koronavirus aşkarlandı

  • 2020.09.29 10:49
  • 2301 Baxış
Gürcüstanda daha 314 nəfərdə koronavirus  aşkarlandı

Gürcüstanda son sutkada koronavirusa 314 yeni yoluxma halı təsdiqlənib, 270 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 5 866 nəfərə, sağalanların sayı isə 2 324-ə çatıb. Xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 33 olub.

Hazırda karantində 5 637, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. 800 asimptomatik xəstə xüsusi otellərdə müalicə alır.