Gürcüstanda daha 326 nəfər koronavirusa yoluxdu

  • 2020.09.30 10:35
  • 2723 Baxış
Gürcüstanda daha 326 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son sutkada daha 326 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 6 192-yə çatıb. Onların 2 324-ü sağalıb, 36-sı isə vəfat edib.

Hazırda karantində 5 413, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 869 nəfər isə xüsusi otellərdə müalicə olunur.