Gürcüstanda daha 359 nəfər koronavirusa yoluxdu

  • 2021.04.12 10:59
  • 1035 Baxış
Gürcüstanda daha 359 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son sutkada daha 359 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 526 nəfər sağalaraq evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 288 755-ə, sağalanların sayı isə 277 829-a çatıb.

Son 24 saat ərzində xəstəlikdən daha 6 pasiyent vəfat edib və ümumi ölüm sayı 3 883 olub.