Gürcüstanda COVID-19-la bağlı son vəziyyət

  • 2020.12.08 11:00
  • 1415 Baxış
Gürcüstanda COVID-19-la bağlı son vəziyyət


Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 673 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 169 649, ölənlərin sayı isə 1576 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 141 392 nəfərin sağaldığı bildirilir.