Gürcüstanda daha 360 nəfər koronaya yoluxdu

  • 2021.03.19 11:02
  • 1446 Baxış
Gürcüstanda daha 360 nəfər koronaya yoluxdu

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 360 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Medicina.az -ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 276 796, xəstəlikdən ölənlərin sayı isə 3 683 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 269 626 nəfərin sağaldığı bildirilir.