Gürcüstanda daha 6 nəfər koronavirusdan öldü - Statistika

  • 2020.10.09 11:09
  • 1452 Baxış
Gürcüstanda daha 6 nəfər koronavirusdan öldü  - Statistika

Gürcüstanda son sutkada daha 527 nəfərə koronavirus diaqnozu qoyulub, 313 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 10 752 nəfərə çatıb. Sağalanların sayı 5 866, ölənlərin sayı isə 72 olub.

Hazırda karantində 5 574, tibbi nəzarətdə 836 nəfər saxlanılır. 1 338 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.