Gürcüstanda daha 7 pasiyent koronavirusdan öldü

  • 2020.11.02 11:00
  • 13424 Baxış
Gürcüstanda daha 7 pasiyent koronavirusdan öldü

Gürcüstanda son sutkada daha 1 852 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib,1 696 nəfər müalicə olunaraq sağalıb, 7 pasiyent isə vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasından bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 42 579-a çatıb. Sağalanların sayı 26 800, dünyasını dəyişənlərin sayı isə 342 olub.

Hazırda karantin zonalarında 2 977 nəfər saxlanılır, 29 876 nəfər isə özünütəcrid rejimindədir.