Gürcüstanda koronadan ölənlərin sayı 3 minə çatır

  • 2021.01.20 11:08
  • 1141 Baxış
Gürcüstanda koronadan ölənlərin sayı 3 minə çatır

Gürcüstanda son sutkada daha 469 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 792 nəfər sağalıb, 14 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Ümumilikdə ölkədə COVID-19-a 249 934 yoluxma faktı təsdiqlənib. Yoluxanların 236 922-si sağalıb, 2 987-si isə ölüb.

Aktiv koronavirus xəstələrinin sayı 9 999 nəfər təşkil edir.