Gürcüstanda koronavirus: 4 411 yoluxma

  • 21 Okt 2021 10:49
  • 266 Baxış
Gürcüstanda koronavirus:  4 411 yoluxma
Gürcüstanda son sutkada daha 4 411 nəfərdə koronavirus aşkarlanıb, 29 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində daha 2 896 nəfər sağalaraq evə buraxılıb.

Gürcüstanda indiyədək COVID-19-a 680 182 nəfər yoluxub. Onların 622 181-i sağalıb, 9 617-si isə dünyasını dəyişib.