Gürcüstanda koronavirus statistikası: Son sutkada 669 yoluxma

  • 2021.01.29 11:06
  • 1254 Baxış
Gürcüstanda koronavirus statistikası: Son sutkada 669 yoluxma

Gürcüstanda ötən sutkada koronavirusa 669 yeni yoluxma faktı təsdiqlənib, 637 nəfər müalicə olunaraq sağalıb, 21 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 256 956 nəfər yoluxub. Onların 247 096-sı sağalıb, 3 148-i isə ölüb.

Hazırda karantində 521, stasionar nəzarətdə 2 731 nəfər var. Xəstəliyi yüngül formada keçirən 322 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.