Gürcüstanda koronavirusa günlük yoluxma sayı 200-ə çatır

  • 2020.09.16 13:41
  • 2915 Baxış
Gürcüstanda koronavirusa günlük yoluxma sayı 200-ə çatır

Gürcüstanda son sutkada daha 196 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 31 pasiyent sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlananların sayı 2 758-ə, sağalanların sayı isə 1 412-yə çatıb. Xəstəlik səbəbindən 19 nəfər dünyasını dəyişib.

Hazırda 6 633 nəfər karantində, 836 nəfər isə tibbi nəzarətdə saxlanılır.