Gürcüstanda koronavirusa yoluxanların sayı 10 mini ötdü

  • 2020.10.08 11:34
  • 2574 Baxış
Gürcüstanda koronavirusa yoluxanların sayı 10 mini ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 472 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 10 225 nəfərə, ölənlərin sayı 66 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 574 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Koronavirusa yoluxanlardan 5 553 nəfərin sağaldığı bildirilir.