Gürcüstanda koronavirusa yoluxanların sayı 2 mini ötdü

  • 2020.09.12 11:21
  • 1619 Baxış
Gürcüstanda koronavirusa yoluxanların sayı  2 mini ötdü

Gürcüstanda son sutkada daha 158 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 9 pasiyent sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 2 075-ə, sağalanların sayı isə 1 363-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə 5 882 nəfər karantində, 390 nəfər isə stasionar nəzarətdə saxlanılır.