Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

  • 2020.03.10 23:10
  • 1507 Baxış
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Gürcüstanda koronavirusun təsdiqləndiyi halların sayı 23-ə çatıb.

Medicina.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda verilib.

Bildirilib ki, karantində 126, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.