Gürcüstanda koronavirusa yoluxma sayı 3 mini ötdü

  • 2020.09.18 10:58
  • 2238 Baxış
Gürcüstanda koronavirusa yoluxma sayı  3 mini ötdü

Gürcüstanda son sutkada daha 182 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 13 pasiyent sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 3 119 nəfərə, sağalanların sayı isə 1 435-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda ölkə üzrə karantində 6 633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.