Gürcüstanda koronavirusa yoluxma sayı artır

  • 2020.08.24 10:03
  • 2903 Baxış
Gürcüstanda koronavirusa yoluxma sayı artır

Gürcüstanda daha 10 nəfərə koronavirus diaqnozu qoyulub, 5 pasiyent sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 1 421-ə, sağalanların sayı isə 1 137-yə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 17 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə 7 005 nəfər karantində, 255 nəfər isə stasionar nəzarətdə saxlanılır.