Gürcüstanda koronavirusdan 33 pasiyent öldü

  • 2020.11.14 11:00
  • 1198 Baxış
Gürcüstanda koronavirusdan 33 pasiyent öldü

Gürcüstanda son sutkada koronavirusa 3 504 yeni yoluxma halı təsdiqlənib, 3 163 nəfər sağalıb, 33 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 76 658 nəfərə çatıb. Onların 58 674-ü sağalıb, 669-u isə ölüb.

Hazırda karantində saxlanılanların sayı 2 425, stasionar nəzarətdə olanların sayı isə 5 355 nəfər təşkil edir. 3 361 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdədir.