Gürcüstanda koronavirusdan daha 2 nəfər öldü

  • 2020.09.30 14:16
  • 4137 Baxış
Gürcüstanda koronavirusdan daha 2 nəfər öldü

Gürcüstanda son sutkada koronavirusdan 2 yeni ölüm halı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 səbəbindən vəfat edənlərin sayı 39-a çatıb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı isə 796 nəfər artaraq 3 120 olub.