Gürcüstanda koronavirusdan ölənlərin sayı artdı

  • 2020.12.12 10:52
  • 1266 Baxış
Gürcüstanda koronavirusdan ölənlərin sayı artdı

Gürcüstanda son sutkada koronavirusa 3 907 yeni yoluxma faktı qeydə alınıb, 3 780 nəfər sağalıb, 50 pasiyent isə vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Məlumata əsasən, son 24 saatda COVID-19-a ən çox yoluxma Tbilisi (1 588), İmereti (599) və Acarıstanda (333) təsdiqlənib.