Gürcüstanda koronavirusla bağlı son vəziyyət

  • 2020.12.25 11:07
  • 1323 Baxış
Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda ötən sutkada koronavirusa 1 881 yeni yoluxma halı təsdiqlənib, 1 515 nəfər sağalıb, 37 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 218 724 nəfərin yoluxması müəyyən olunub. Onların 196 220-si sağalıb, 2 313-ü isə ölüb.

Karantin zonalarında 396, stasionar nəzarətdə 5 969 nəfər saxlanılır.