Gürcüstanda kütləvi mərasimlər qadağan olundu

  • 2020.09.09 12:22
  • 1924 Baxış
Gürcüstanda kütləvi mərasimlər qadağan olundu

Gürcüstan hökumətinin qərarı ilə sabahdan ölkə ərazisində ad günü, toy, şənlik, yas və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

Medicina.az xəbər verir ki, bu barədə hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifiqində bildirib.

Onun sözlərinə görə, qapalı və açıq məkanlarda kütləvi mərasimlərin keçirilməsinə icazə verilməyəcək.

Qeyd edək ki, bu günədək qonşu ölkədə açıq havada kütləvi tədbirlərin keçirilməsi mümkün idi.