Gürcüstanda vəziyyət pisləşir: Səhra hospitalı fəaliyyətə başladı

  • 2021.08.20 14:04
  • 14909 Baxış
Gürcüstanda vəziyyət pisləşir:  Səhra hospitalı fəaliyyətə başladı

Gürcüstanın paytaxtı Tbilisinin Diğomi rayonunda yaradılmış 500 çarpayılıq səhra hospitalı ilk pasiyentləri qəbul edib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, ötən gün koronavirusa yoluxan 9 pasiyent hospitala yerləşdirilib: “Hospital bu gündən tam gücü ilə fəaliyyətə başlayacaq. Səhra hospitalı əsasən pasiyentlərin müvəqqəti müalicəsi üçün nəzərdə tutulub. Məqsəd pasiyentin vəziyyətini zamanında sabitləşdirəndən sonra xəstəxanaya yönəltməkdir”.

Nazir müavini bu gün Gürcüstanın xəstəxana sektorunun maksimal səviyyədə yükləndiyini bildirib.

Qeyd edək ki, Tbilisidə bu günlərdə iki səhra hospitalı yaradılıb. Şəhərin Samqori rayonundakı digər hospital da pasiyentlərin qəbuluna hazırdır. Acarıstan və İmereti bölgələrində də bu cür hospitalların açılması planlaşdırılıb.