Gürcüstanda virusa yoluxma sayı 245 minə çatır - STATİSTİKA

  • 2021.01.14 11:02
  • 1199 Baxış
Gürcüstanda virusa yoluxma sayı 245 minə çatır -  STATİSTİKA

Gürcüstanda son sutkada daha 1 357 nəfərə koronavirus diaqnozu qoyulub, 748 nəfər müalicə olunaraq sağalıb, 21 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 244 612 təşkil edir. Onların 228 359-u sağalıb, 2 867-si isə ölüb.

Hazırda karantin zonalarında 496, stasionar nəzarətdə 3 780 nəfər var. 638 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.