Gürcüstanda yoluxanların sayı 200 mini keçdi

  • 2020.12.17 11:24
  • 1198 Baxış
Gürcüstanda yoluxanların sayı 200 mini keçdi

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 981 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.

Bu barədə Gürcüstan hökimətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 201 368, ölənlərin sayı isə 1 953 nəfərə çatıb.

Virusa yoluxanlardan 169 282 nəfərin sağaldığı bildirilir.