Gürcüstanda yoluxanların sayı azaldı

  • 2020.12.28 11:06
  • 1135 Baxış
Gürcüstanda yoluxanların sayı azaldı

Gürcüstanda ötən sutkada daha 538 nəfərdə koronavirus aşkarlanıb, 2 766 nəfər müalicə olunaraq sağalıb, 41 pasiyent isə ölüb.

bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a 222 143 yoluxma halı təsdiqlənib. Yoluxanların 206 313-ü sağalıb, 2 418-i isə vəfat edib.

Hazırda karantin rejimində 427, stasionar nəzarətdə 5 624 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 311 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Qeyd edək ki, son iki gündə Gürcüstanda virusa sutkalıq yoluxma sayı 1 000-dən çox olub.