Gürcüstanda yoluxanların sayı yenə artdı

  • 2021.01.07 11:01
  • 1802 Baxış
Gürcüstanda yoluxanların sayı yenə artdı

Gürcüstanda ötən sutkada daha 1 612 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 419 nəfər sağalıb, 28 pasiyent isə vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 235 491 nəfər yoluxub ki, onların da 223 695-i sağalıb, 2 694-ü isə ölüb.

Ölkə üzrə karantin rejimində 491, stasionar nəzarətdə 3 898 nəfər saxlanılır. 742 nəfər isə xüsusi otellərdə müalicə olunur.