Gürcüstanda yoluxma sayı artdı - STATİSTİKA

  • 2020.08.17 10:12
  • 2588 Baxış
Gürcüstanda yoluxma sayı artdı  - STATİSTİKA

Gürcüstanda son sutkada koronavirusa 5 yeni yoluxma faktı təsdiqlənib, 4 pasiyent sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 341-ə, sağalanların sayı isə 1 092-yə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib, 232 aktiv koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.

Hazırda Gürcüstan üzrə 7 082 nəfər karantində, 249 nəfər isə tibbi nəzarətdə saxlanılır.