Gürcüstanda yoluxma sayı azaldı

  • 2020.12.21 11:05
  • 1297 Baxış
Gürcüstanda yoluxma sayı azaldı

Gürcüstanda ötən sutkada koronavirusa 824 yeni yoluxma faktı qeydə alınıb, 4 227 nəfər müalicə olunaraq sağalıb, 46 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 209 462 nəfərdə aşkarlanıb ki, onların da 186 668-i sağalıb, 2 140-ı isə ölüb.

Karantində 489, özünütəcrid rejimində isə 42 292 nəfər var.