Gürcüstanın azərbaycandilli məktəbi koronavirusa görə bağlandı

  • 2020.11.17 15:51
  • 1187 Baxış
Gürcüstanın azərbaycandilli məktəbi koronavirusa görə bağlandı

Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin azərbaycandilli ictimai məktəbində koronavirus aşkarlanıb.

Məktəbin bir neçə müəlliminin COVID-19-a yoluxduğu təsdiqlənib.

Bu səbəbdən siniflərdə dərslər dayandırılıb və təhsil müəssisəsi distant rejimə keçib.

Məktəbdə dezinfeksiya işləri aparılacaq.

Saqarecoda mövcud 26 ictimai məktəbin 16-da tədris prosesi adi, 10 məktəbdə isə artıq bir neçə həftədir distant formada davam etdirilir.