Gürcüstanın səhiyyə və sosial müdafiə naziri istefa verdi

  • 2024.03.01 11:26
  • 616 Baxış
Gürcüstanın səhiyyə və sosial müdafiə naziri  istefa verdi
Gürcüstanın səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili vəzifəsini tərk edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Z.Azaraşvili qərar qəbul etməzdən əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə danışıb.

“Hökumət başçısı yaxın günlərdə yeni səhiyyə nazirinin adını açıqlayacaq”, - məlumatda qeyd olunub.