Gürcüstanda yoluxanların sayı azaldı

  • 2021.04.19 10:54
  • 1355 Baxış
Gürcüstanda yoluxanların sayı azaldı
Gürcüstanda ötən sutkada daha 578 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 10 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 295 936-ya, xəstəlikdən ölənlərin sayı 3 949-a çatıb.

Son 24 saat ərzində sağalanların sayı isə 659 nəfər artaraq 281 574 olub.