Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi - Ürəyində problem var

  • 18 Yan 2022 17:58
  • 805 Baxış
 Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi -  Ürəyində problem var
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib. Siyasətçi xəstəxanaya yerləşdirilib.

Medicina.az yenisabah.az istinadən xəbər verir ki, MMP sədri ürəyində problem olduğuna görə danışmaqda çətinlik çəkdiyini bildirib:

“Xəstəyəm, hazırda Bakı Sağlamlıq Mərkəzindəyəm. Ürəyimdə problem var. Dərman qəbul edib, iynə vurdururam. Çox danışa bilmirəm”.

Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.