Hamilə olduğunu bilməyən qadın bir ildə 4 uşaq doğdu - Kuryoz OLAY

  • 01 İyl 2021 17:28
  • 877 Baxış
Hamilə olduğunu bilməyən qadın bir ildə 4 uşaq doğdu -  Kuryoz OLAY
31 yaşlı britaniyalı Cessika Pritçard bir il ərzində 4 uşaq dünyaya gətirib.
O, üçüncü hamiləliyindən xəbərsiz olub.

Medicina.az xəbər verir ki, 2020-ci ilin mayında Pritçardın qızı dünyaya gəlir. 5 ay sonra qadın yenidən hamilə qalır.

Lakin onun hamilə olmasından xəbəri olmur. Hamiləliyin 4-cü ayında təsadüfən qarnında narahatlığa görə USM müayinəsinə gedən qadına üçəmə hamilə olduğu bildirilir. Həmin vaxt ölkədə pandemiya idi.

2021-ci ilin aprelində onların 2 qızı, bir oğlu dünyaya gəlir. Çoxuşaqlı ananın sözlərinə görə ona bu qədər uşağa baxmaq çətin deyil, çünki özü ibtidai sinif pedaqoqudur.