Hamilə qadın neçə kq çəki ala bilər? - Ginekolqdan

  • 2022.09.05 14:14
  • 1409 Baxış
Hamilə qadın neçə kq çəki ala bilər?  - Ginekolqdan

Hamiləlikdə çəki almaq bir çoxları üçün normal, bəzi qadınlar üçün problemdir.



"Medicina" xəbər verir ki, həkimlər də çəki almağın normal olduğunu bildirir. Amma bu çəkinin həddi var.

Bioloji Təbabət klinikasının ginekoloqu Gülnar İbrahimova çəkidən asılı olaraq sərhədi açıqlayıb.

"Əgər siz 50-60 kq ilə hamiləliyə başlamısınızsa, alacağınız kilo 12 kiloqramı keçməməlidir.

60-70 kq ilə başlamısınızsa, 8-10 kiloqram artım normaldır. Şişman qrupunda başlamısınızsa, çəki almamanız məsləhətdir.

Hamiləlik dönəmində 20-30 kq çəki alan xanımlar olur. Bu həm anaya, həm də körpənizə çox zərərlidir.

Hamiləlik müddətində şirniyyat, tort, şokalad, dondurma, hazır şəkərli qidalar az yeməyiniz məsləhət görülür.


Ətraflı məlumat üçün :

012)430 89 89

(050,055,070) 430 89 89

055 430 89 89