Hamilə qalmaq niyə çətindir? - 35 yaşdan sonra...

  • 2017.10.26 15:46
  • 28827 Baxış
Hamilə qalmaq niyə çətindir? -  35 yaşdan sonra...
Bəzi ana ola bilməyən qadınlar bunun səbəbini araşdırmadan dərman vasitələrinə üz tuturlar. Ya yanlış dərman qəbuluna görə, ya da yanlış zamanda həkimə müraciət etdiyindən bu iş onlar üçün daha da əlçatmaz olur. 


Medicina.az xəbər verir ki , ginekoloq Firuzə Cəfərzadə hamiləliyin baş tutmamasının səbəblərini açıqlayıb:


1.Ovulyasiyanın pozulması (follikuldan yumurtahüceyrənin xaric olması baş vermir ) 


2.Yumurtalıq rezervinin azalması. Follikulların sürətlə azalması 35 yaşdan sonra başlayır. Saydan əlavə yumurta hüceyrələrin keyfiyyəti də aşağı düşür. Ona görə də hamiləlik planlamağı uzatmaq məsləhət deyil.


3.Digər səbəblər sırasında boruların keçiriciliyinin pozulması, kiçik çanaqda bitişmələr (xlamidiya, qonoreya, endometrioz,hər növ operativ müdaxilələr ), Endometrioz  yer alır.


Həkim uşaqlıqda yaranan miomanın da hamiləliyə mane olduğunu bildirib. 


"Söhbət submukoz miomadan gedir. Yəni düyün uşaqlıq boşluğunda yerləşir. Submukoz düyünlərin götürülməsi hamiləlik şansını artırır. 

Uşaqlığın anomaliyaları (arakəsmə, ikibuynuzlu uşaqlıq və s.) da bu halı yaradan faktorlardandır. Bəzi anomaliyalar cərrahi yolla aradan qaldırıla bilər (məsələn arakəsmələrin götürülməsi)”, – deyə Cəfərzadə qeyd edib. 


Ginekoloq bildirib ki, 7 uşaqlıqda  olan polip, sinexiyalar vəziyyəti ağırlaşdıran səbəblərdəndir. Hamiləlik istəyi olan qadınlarda poliplərin və sinexiyaların götürülməsi histeroskopik yolla aparılmalıdır.
Hamilə qalmaq niyə çətindir? -  35 yaşdan sonra...
Hamilə qalmaq niyə çətindir? -  35 yaşdan sonra...