Hamiləlik dövrü cinsi münasibət - Kimlərə olmaz?

  • 2020.01.09 13:06
  • 5905 Baxış
Hamiləlik dövrü cinsi münasibət -   Kimlərə olmaz?
Hamiləlik zamanı cinsi münasibət, bu dövrdə ən çox sual doğuran məsələlərdən biridir. Əsas suallar isə cinsi münasibətin hamiləliyin neçənci ayına qədər davam etməsi yaxud da mümkünlüyü barədə olur.

Medicina.az xəbər verir ki, əvvəlcə onu anlamaq lazımdır ki, cinsi istək təbii bir instinkt olduğu üçün hamiləlik dövründə də arzuolunandır. İlk dəfə hamiləlik yaşayan qadınlar adətən psixoloji səbəblərə görə istəklərini cilovlamağa və seksdən qaçmağa çalışırlar.

Lakin həkimlər, normal gedən hamiləlik dövrü zamanı paralel olaraq cinsi əlaqədə olmaqda heç bir problem yaşanmayacağını bildirir. Bu çox elmi araşdırmalar da, həkimlərin dediyini təsdiq edir. Belə ki, bunun hamiləliyə, uşağın düşmə riskinə və ya doğum zamanı təhlükə yaradacağı barədə heç bir əsas yoxdur.

Neçənci aya qədər davam edə bilər?
Normal keçən hamiləlik dövründə son 5 həftəyə qədər davam edə bilər. Çünki, spermadakı birləşmələr, bətnin daralmasına və uşaqlıq ağzının açılmasına səbəb ola bilər.

Uşağa ziyan ola bilərmi?
Cinsi fəaliyyət qarın və uterusun əzələ divarları ilə qorunan körpəyə zərər vermir.Bundan əlavə körpəniz amniotik kisədə mayenin içərisindədir. Yəni,əlaqə zamanı körpə ilə heç bir şəkildə təmas mümkün deyil.

Kimlərə qadağandır?

-erkən doğuşla uşaq dünyaya gətirənlərə

-uşaqın düşmə riski olanlara

-amniotik kisədə zədələnmə və maye axıntısı olarsa

-birdən çox uşaq gözlənildiyi halda

Ginekoloqlar bildirir ki,hamiləlik dövrü cinsi münasibət zamanı və ya sonrasında hər hansı ağrı, qanama, göynəmə halları varsa mütləq müayinə olunmaq lazımdır.Əlavə olaraq, münasibət zamanı uşağı bütün zərərlərdən qorumaq üçün qadınların kürəyi üstə uzanmağı məsləhət deyil. Bu uşaqın qan damarlarının daralmasına və ciddi zədələnməsinə gətirib çıxarır.