Hamiləlik testi kişilərdə müsbət çıxa bilərmi?

  • 2019.11.09 13:00
  • 5694 Baxış
Hamiləlik testi kişilərdə müsbət çıxa bilərmi?

Bəli, bu mümkündür. Lakin bu təbii ki, o demək deyil
ki, bu kişi "hamilədir”. Bu çox təhlükəli xəstəliyin simptomudur.




Medicina.az saglaamoluna istiadən xəbər verir ki, ev şəraitində istifadə
olunan hamiləlik testləri sidikdə "xorionik honadotropin” adlı hormonu təyin
edir. Bu hormon qadın orqanizmində embrion uşaqlıq divarına implantasiya
etdikdən sonra ifraz olunmağa başlayır.



Sağlam kişinin orqanizmində bu hormon
təbii ki, yoxdur və ola da bilməz. Lakin xaya xərçəngi zamanı zədələnmiş xaya
bu hormonu ifraz etməyə başlayır və nəticədə hamiləlik testi "müsbət” nəticə
verir.


 


Uroloq-onkoloqlar xaya xərçənginə ilkin diaqnoz
qoyanda bu testdən də istifadə edirlər. Xoşbəxtlikdən, vaxtında aşkar olunduqda
xaya xərçəngi çox uğurla müalicə olunur. Müalicədən sonra kişi adi həyata
qayıdır və onun cinsi funksiyaları saxlanılır.


 


Xaya xərçənginin simptomları:


 


- xayanın ölçüsünün artması



- xayada bərkimiş sahələr, düyünlər


 


- xayalıqda ağırlıq hissi, ağrı və
diskomfort



- qarının aşağı hissəsində ağrılar



- sidik ifrazı zamanı problemlər