Hamiləykən əli bu sabunla yumaq qadağandır! - Uşağın orqanlarını məhv edə bilər

  • 2017.11.27 16:00
  • 18336 Baxış
Hamiləykən əli bu sabunla yumaq qadağandır! -  Uşağın orqanlarını məhv edə bilər
Yeni aparılan araşdırmalar, hər gün edilən vərdişin hamiləlikdə çox zərərli olduğunu bildirib.


Medicina.az xəbər verir ki, təmizlik üçün bol-bol istifadə edilən antibakterial sabun uşağa zərər verir. Bunlardan istifadə gələcəkdə uşaqda piylənmə yarada bilər. Kaliforniya, Lavrence Livermore laboratoriyasının araşdırmaçıları triclocarban adlı kimyəvi maddənin əmizdirmək yolu ilə körpəyə keçdiyini və bunun nəticəsində uşağın orqanlarına mənfi təsir göstərdiyini qeyd edib.


ABŞ 19 fərqli antibakterial kimyəvi maddəni təsirli olmadığı üçün qadağan edib. Həmçinin 200-dən çox elm adamı bu cür maddələrin faydadan çox zərər verdiyini bildirərək bu mövzuda vətəndaşlara  xəbərdarlıq edib.