Hansı dərəcə temperatur həyat üçün təhlükəlidir?

  • 2022.11.02 16:59
  • 2219 Baxış
Hansı dərəcə temperatur həyat üçün təhlükəlidir?

Qrip və infeksiyalar zamanı hərarətin qalxması normaldır. Amma bəzi insanlar qızdırmadan əldən düşsələr də, dərman içməyi təxirə salaraq, orqanizmin özünün mübarizə aparmasına şərait yaradır.

"Medicina" xəbər verir ki, terapevt Andret Zvonkov yol verilə bilən həddi açıqlayıb.

"Əgər termometr 37,5-38,5 arası göstərirsə, dərman içməyə tələsməyin. Çünki bu mühitdə leykosit və limfpsitlər aktivləşir. Amma 38,5-i keçən kimi xəstə vəziyyətinə baxmalıdır. Hərarətə çox dözmək olmaz.

39-dərəcəyə çatdısa bu həyati təhlükəlidir, dərhal qızdırma salınmalıdır. Xüsusən uşaqlarda bu qızdırma qıcolma və beyin fəsadı verə bilər.

Əgər qızdırmanı dərmanla sala bilmirsizsə, xəstə təcili yardıma çatdırılmalıdır".

Aygün Musayeva