Hansı halda çay böyrəkdə daş əmələ gətirir?

  • 2024.01.19 19:18
  • 1312 Baxış
Hansı halda çay böyrəkdə daş əmələ gətirir?
Çayı soyuq içmək sidik kisəsi və böyrəklərdə daş əmələ gəlməsinə səbəb olur.


“Medicina” xəbər verir ki, soyuq çay bir çox ölkələrdə yaşıl və ya qara çayın içinə şəkər və buz əlavə etməklə, istilərdə tonizəedici içki kimi hazırlanır.

Eləcə Şərq ölkələrində ona nanə, sitrus meyvələri və giləmeyvələr, gül və s. əlavə olunur.

Bu içki uşaqdan tutmuş yaşlıya kimi güc, enerji, zehni rahatlıq verir, sərinlədir.

Bu çayın da tərkibində antioksidant və mikroelementlər olur.

Bununla belə soyuq çayda risklər var. Onu çox içdikdə öd və sidik yolları spazmı, daş əmələ gətirir.

Çünki soyuq çayda oksalatlar var. Sidik və böyrək xəstələri olanlar, maddələr mübadiləsi pozğunluqlarında xüsusilə zərərlidir.

Soyuq çayın digər fəsadı buzlu olduğu üçün damar spazmı yaratmasıdır. Bu zaman ürək ritmi pozulması, aritmiya ola bilər.

Soyuq çay +20 dərəcədən soyuq olmamaldır.

Acqarına və gecə yatanda bu çayı içmək olmaz.


Aygün Musayeva