Hansı halda ibuprofen, hansında parasetamol içmək lazımdır?

  • 2022.12.23 16:11
  • 3399 Baxış
Hansı halda ibuprofen, hansında parasetamol içmək lazımdır?

İbuprofen və parasetamol ən populyar qızdırmasalıcıdır.

Onlar kovid, qrip zamanı istifadə olunur. Amma bu 2 dərmanın müxtəlif təsir etmə mexanizmi ola bilər.

Bakupost.az xəbər verir ki, britaniyalı farmaseft Abbas Kanani məlumat verib.

Parasetamol – respirator infeksiya, qrip zamanı hərarəti salmaq üçün daha yaxşıdır. Qızdırma, titrətmə, baş ağrısında parasetamol için.

İbuprofen – ağrılara, iltihaba qarşıdır. Qrip, kovid zamanı bədəndə iltiha artır, bu dərman antiiltihabi təsir edir.

Əgər xəstə özünü çox pis hiss edirsə, parasetamol və 2 saat sonra ibuprofen içə bilər.

Amma ibuprofen allergik reaksiya verə bilər.

Xəstədə bunu nəzərə alın.


Bu dərmanlar burun tutulması, öskürək və ağciyər problemlərinə uyğun deyil.

Bu dərmanları içəndə eyni vaxtda başqa dərman içmək olmaz.