Hansı halda onurğada ağrı xərçəngdən ola bilər?

  • 2024.02.01 19:41
  • 1398 Baxış
Hansı halda onurğada ağrı xərçəngdən ola bilər?
Onurğada təkrarlanan, davamlı, müalicəyə tabe olmayan ağrılar qarın boşluğundakı orqanların hər hansı birində şiş olmasından irəli gələ bilər.



“Medicina” xəbər verir ki, həkim Mark Qilperin bədxassəli törəmələr səbəbindən onurğada ağrının xarakterindən danışıb.

“Həzm orqanlarının şişləri zamanı onurğaya və sinirlərə basqı, metastaz ola bilər. Əsasən mədə, qaraciyər, mədəaltı vəz, böyrək, qadınlarda uşaqlıq, yumurtalıq, bağırsaq şişləri zamanı onurğada ağrı baş verir.


Ona görə beldə, onurğada ağrı zamanı özbaşına müalicə etmək yox, sadəcə rentgen etmək yox, ağrının səbəbini tapmaq lazımdır.


Faktiki olaraq qarın boşluğunda yerləşən yayılmış şişlər zamanı onurğada hətta güclü ağrı ola bilər.
Uzun müddət həzm orqanlarında gizli gedən şişlər onurğa fəqərələrinə metastaz verib, ilk ağrını orda büruzə verə bilər.


Ola da bilər metastaz yoxdur, amma şiş ocağı özü ətrafa təzyiq edib ağrını onurğaya yayır.
Bu zaman ağrı qarından onurğaya irradasiya edir.


Mədəaltı vəz xərçənginin əlamətləri:

- Sarılıq
- İştahsızlıq
- İshal, qəbizlik
- Zəiflik, arıqlama
- Ağrı
- Qarında spazm, həzmsizlik


Aygün Musayeva