Hansı halda stessdən bədəndə ağrılar yaranır?

  • 2023.11.17 17:07
  • 1490 Baxış
Hansı halda stessdən bədəndə ağrılar yaranır?


Bəzən bədəndə səbəbsiz xroniki ağrıların səbəbi stress və depressiya olur. Bu zaman digər müalicələr effekt vermir.


“Medicina” xəbər verir ki, nevroloq Dmitriy Şubin hansı halda stresin ağrılara səbəb olduğunu bildirib.


“Az halda qısa müddətli, adrenalin sıçrayışına səbəb olan streslər əslində orqanizmə faydalıdır.
Bu insanı çətin tapşırıqları tez həll etməyə alışdırır. Amma bitmək bilməyən, həllini tapmayan, uzun müddətli stress gərginlik yaradır, orqanizmə dağıdıcı təsir edir.

Patoloji və sistem gərginliyi bütün orqanizmə neqativ təsir edir. Psixoloji baxımdan bu depressiya, fiziki baxımdan ağrılar, bədəndə narahatlıq və müxtəlif orqanların işinin pozulması ola bilər”.


Xroniki depressiyada olan xəstənin ağrını azaldan və hiss etdirmətən neyromediatorlarının tükənməsi baş verir.

Nəticədə ağrılar baş beyinə daha çox çatdırılır, xroniki ağrılar meydana gəlir.

Depressiyadan əziyyət çəkən 60% insanda ağrılar olur, onlar masaj, nevroloq, fizioterapiyaya gedir, müalicələr alır və səbəbi tapa bilmirlər.

Vacibdir, ki, daim stresdə olan insan bu vəziyyəti depressiyaya kimi çatdırmasın. Depressiya və xroniki ağrılarda müalicə yalnız psixiatrikdir.

3 aydan artıq müalicəyə tabe olmayan ağrılarda mümkün qədər tez mütəxəssisə müraciət edin”.

Aygün