Hansı kişilər cavan yaşda impotent olur? – Uroloqdan şok

  • 2023.09.12 19:57
  • 1860 Baxış
Hansı kişilər cavan yaşda impotent olur?  –  Uroloqdan şok
Potensiya kişinin həyat tərzi və vərdişlərindən asılıdır. Elə kişilər var, 50 yaşından sonra da potensiya ilə problemi olmur, elələri də var, 30 yaşında artıq uroloq pasiyentinə çevrilir.


“Medicina” xəbər verir ki, androloq Aleksey Volkov kişi impotensiyasının risk qrupunu açıqlayıb.

1. Oturaq həyat və işi olan kişilər – bu zaman əzələ, damar funksiyaları zəifləyir, prostat vəzi xəstəlikləri artır. Ofis işçiləri, sürücülər mütləq gəzinti, müalicəvi idman və yüngül fitneslə məşğul olmalıdır. Bu zaman cinsiyyət üzvlərinin qan dövranı yaxşılaşır.

2. Zərərli vərdişləri çox olanlar – gec yatanlar, siqaret çəkənlər, fast-food yeyənlər, alkoqol və bəzi içkiləri içənlər daha tez cinsi zəifliklə üzləşir.

Kişi orqanizminə daha çox keyfiyyətli zülal və protein lazımdır. Bunun üçün az yağlı ət seçmək lazımdır.

3. Artıq çəkisi olanlar, piylənmə və bel çevrəsinin dəyişməsi

Çəkisi normadan çox olanlar, bel dairəsi artanlar və qarın piylənməsi olanlarda potensiya problemi olur. Ona görə müalicəyə arıqlamaqdan başlamaq lazımdır.

Hamam və sauna kişi qan damar sisteminə çox yaxşı təsir edir, qan damarlarını genişləndirir, hormonal və sinir sistemi yaxşı işləyir, bu da ereksiyanı möhkəmləndirir.

Potensiya zəifləməsində hər hansı təbii və ya aptek vasitələri, afrodiziaklar, məcunlarla onu bərpa etmək effektsizdir və qiymətli vaxt itkisidir.

Aygün Musayeva