Hansı məhsullar radiasiyanı zərərsizləşdirir?

  • 2023.02.27 15:32
  • 1196 Baxış
Hansı məhsullar radiasiyanı zərərsizləşdirir?

Mağaza rəflərində və ya bazarlarda nüvə fəlakətlərinin və ya nüvə silahlarının sınaq meydançalarının bilavasitə yaxınlığında yetişdirilən və ya istehsal olunan məhsulları tapmaq, demək olar ki, mümkün deyil. Belə yerlərdə kənd təsərrüfatı fəaliyyəti ya son dərəcə məhduddur, ya da tamamilə qadağandır. Bununla belə tərkibində stronsium-90, sezium-137, karbon-14 və tritium, plutonium-239 və plutonium-240 radionuklidləri olan məhsullar mövcuddur.

"Medicina" xəbər verir ki, bu sözləri Rusiyanın Qabaqcıl Texnologiyalar və Sənaye Proqramlaşdırma İnstitutu RTU MİREA fizika-riyaziyyat elmləri doktoru Roman Şamin deyib.

"Bu reytinqdə dənli bitkilərdir: çörək və un məhsulları, un və taxıl məhsulları birinci yerdə gəlir. Taxıl bitkiləri torpaqdan radionuklidləri udur, sonra isə insanlara ötürür. Bundan əlavə, süd, kartof, tərəvəz və meyvələr radiasiyanı yaxşı udur və yayır", - deyə ekspert bildirib.

Dördüncü yerdə ət və balıq gəlir. Bundan əlavə, göbələk, qarağat və zoğal radiasiyanı aktiv şəkildə udur. "Radioaktiv yeməklər"in son bəndində dəniz məhsulları var. Alim izah edib ki, söhbət onlarda radionuklidlərin fundamental mövcudluğundan gedir. Mütəxəssis qeyd edib ki, süd və ya almada hansısa ciddi nüvə təhlükəsi yoxdur.

"Bir şərtlə ki, məhsul vicdanlı satıcıdan alınsın, onun lazımi keyfiyyət sertifikatları olsun. Əks təqdirdə qida zəhərlənməsi riski yüksəkdir", - mütəxəssis "Gazeta.ru"ya müsahibəsibdə bildirib. /publika.az/