Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı peşələrdə işləyənlərin beyni tükənir

  • 2023.09.23 18:09
  • 1569 Baxış
Hansı peşələrdə işləyənlərin beyni tükənir
Dünyada Demensiya və Alsheymer xəstəliyi ilbəil artır. Artıq bu xəstəliyi illər öncədən diaqnoz etmək barədə yollar axtarılır.



"Medicina" xəbər verir ki, Norveç Milli Qocalma və Sağlamlıq Mərkəzi və Butler Kolumbiya Yaşlanma Mərkəzi yeni elmi araşdırma ilə demensiyaya məruz qalan peşə sahiblərini aşkar edib.

Nəticələrə görə, ağır fiziki işdə çalışanlar daha çox risk qrupundadır.


Yəni daha çox qalxma, qaldırma ayaq üstə qalma, əyilmə, daşıma kimi hərəkətləri hər gün edənlərdə beyin daha çox tükənir.



Bu peşələrdən satıcılar, tibb bacısı köməkçiləri, fermerlər və heyvandarlıq ön yerdədir.


Müəyyən edilib ki, fiziki cəhətdən ağır işlərdə çalışan insanlarda demansın inkişaf ehtimalı təxminən 15,5% yüksəkdir.

Bu kimi işlərdə, peşələrdə bədən və əzələlər daha çox yorulur, beyin isə aktiv işləmir, bədənlə beyin arasında neyron mübadilə zəif olur.

Aygün Musayeva