Hansı qadınlarda yumurtalıq xərçəngi riski yüksəkdir – Türkiyəli professordan AÇIQLAMA

  • 2020.02.10 15:31
  • 3984 Baxış
Hansı qadınlarda yumurtalıq xərçəngi riski yüksəkdir –   Türkiyəli professordan AÇIQLAMA
Ailəsində yumurtalıq xərçəngi olan qadınlar qarın ağrısı, qarında şişlik, qaz və qəbzlik kimi problemlərə xüsusi diqqət etməlidir.

Medicina.az xəbər verir ki, bunu türkiyəli professor Mete Güngör açıqlamasında bildirib. Onun sözlərinə görə, bu xərçəng növü 10-15 % genetik yolla ötürülür. Buna görə də diqqətli olmaq lazımdır.

Qidalanmaya fikir vermək lazımdır. Çəkini artıran yağlı qidalar, həddən artıq ət və ət məhsullarından uzaq durmaq, meyvə-tərəvəz, zəncəfil, pomidor suyu, yaşıl çay, kətan toxumu kimi bitkilərdən istifadə riski azaldır.

Həkim əlavə edib ki, bədənimizdəki yağ səviyyəsi ilə xərçəng arasında əlaqə var. Yağ toxumalarında çox olan estrogen yumurtalıq xərçəngi riskini artırır. Buna görə də idman edərək artıq çəkinizdən qurtulun. İdmanla yağlardan qurtula və riski azalda bilərsiniz.
İnsanın yaşı artıqca risk də artır. Ən çox yumurtalıq xərçəngi 63 yaşda təsadüf edilir. Buna görə rutin yoxlanışları axsatmaq olmaz.

Professor bildirib ki, analıq və uşaq əmzirmə müddəti ovulyasiyanın kəsildiyi proseslərdir. Tez-tez yumurtlama yumurtalıq xərçənginin meydana gəlməsində rol oynayır. Bu səbəblə, çox doğum edən qadınlarda, xüsusilə erkən yaşda hamiləlik keçirən qadınlar və uzun müddət uşaq əmizdirən qadınlarda yumurtalıq xərçəngi riski azalır.